Azərbaycan güləşçisi dünya çempionatında gümüş qazandı
19:46
| Ana səhifə Toplum |
|
Azərbaycanda kənd yumurtası bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.
Axar.az xəbər verir ki, satıcılar bahalaşmanın son bir ayda müşahidə edildiyini və əsas səbəblərdən birinin yumurta istehsalının azalması olduğunu bildiriblər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur. O, soyuq aylarda qiymətlərin daha da yüksələ biləcəyini istisna etməyib.
Ətraflı Xəzər TV-nin videomaterialında:
|
Tarix
2026.10.06 / 16:37
|
Müəllif
Axar.az
|