Yuxarı

9 işəgötürən barədə polisə müraciət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 işəgötürən barədə polisə müraciət edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Xidmət tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir.

Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.

Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

Tarix
2020.06.02 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla