Yuxarı

Azərbaycan G20-yə dəvət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan G20-yə dəvət edildi

Türkiyənin G20 sədrliyi çərçivəsində Azərbaycan Respublikası bu bu platformada təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət alıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, 1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcək G20 platformasında müzakirələr şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) və maliyyə istiqaməti üzrə aparılır. Ölkəmizdə maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

2015-ci ilin 26-27 mart tarixlərdə Türkiyənin İzmir şəhərində şerpa istiqaməti üzrə ikinci toplantı keçiriləcək. Toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcək. Həmçinin, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika Nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaq.

Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.

Tarix
2015.03.25 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla