Yuxarı

Korona dəbdəbəli toy erasına son qoydu? - Sosioloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə quran cütlüyün sevincinə şərik olmaq, onlara dəstək olmaq üçün 100, 500, 1000 nəfərə ehtiyac yoxdur. Doğmalarla edilən kiçik bir məclis bunun üçün kifayətdir. Elimizin toy adəti olsa da, təəssüf ki, adətlər qalıb qıraqda, toylar kommersiya şəbəkəsinə çevrilib.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu pandemiya səbəbindən toyların təxirə salınması və artıq bəzi şəxslərin həyətdə, məhdud iştirakçı ilə toy keçirməsi haqda danışarkən deyib. O bildirib ki, pandemiyadan öncəki toylar tarixə qovuşmalıdır:

“Koronavirus pandemiyası həyatımızın bir çox sahəsinə təsir edib. Bu sahələrdən biri də restoran toylarıdır. Əslinə qalsa, pandemiyanın toylar məsələsində ziyandan çox faydası dəydi. Çünki ölkəmizdə əksər insan toylardan biznes sahəsi kimi istifadə edir. Pandemiyadan öncəki toylar sözün əsl mənasında biabırçılıq idi və sosial bir bəla halına gəlmişdi”.

Sosioloq deyib ki, Azərbaycan toyları heç də hər ailənin büdcəsinə uyğun deyil:

“Hazırda ölkəmizdə orta aylıq əmək haqqı insanların bir aylıq tələbatını ödəməyə çatır. Lakin bununla belə, bir ay ərzində 2, 3, 4 toya dəvət edilən insan kifayət qədər çoxdur. Belə olduqda isə insan məcbur olub ya ailə büdcəsindən kəsir, ya da kimdənsə borc alır. Bunu edən insan həm el qınağını düşünür, həm də sabah öz övladı üçün edəcəyi toyu. Çünki bu gün ölkəmizdə “toya get ki, toyuna gəlsinlər” düşüncəsi hakimdir. Digər bir problem isə toyların keçirildiyi restoranlar və obyekt sahibinin təklif etdiyi imkanlardır. Toy etmək istəyən bir insan şadlıq saraylarına müraciət edir. Şadlıq saraylarında isə azı 30 çeşid yemək olur. Siz qeyd edilən sayda yemək seçməlisiniz, əks təqdirdə restoran sahibi razılaşmır. Onu da qeyd edim ki, bəzi restoranlarda toydan sonra qalan yeməkləri aparmağa icazə də vermirlər”.

Sosioloqun fikrincə, koronavirus pandemiyası bütovlükdə toyları ləğv etməsə də, bu sahədə ciddi dəyişiklik yaradacaq:

“Hazırda bir çox gənc ailədaxili toylara üstünlük verir. Xarici ölkələrdə də toylar daha kiçik formada, ailə içində qeyd edilir. Yəni əgər məqsəd toydan yığılan pulu gənclərin gələcək günlərinə xərcləməkdirsə, bunu dəbdəbəli toylar olmadan da etmək olar”.

Tarix
2020.06.12 / 15:37
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla