Yuxarı

KİVDF-də yeyinti: qanunsuzluğa kimlər imza atıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
KİVDF-də yeyinti: qanunsuzluğa kimlər imza atıb?

Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yol verilən qanunsuz əməllərlə bağlı cinayət işi başlanıb.

Respublika Baş Prokurorluğunun məlumatında bildirilib ki, Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Axar.az xəbər verir ki, KİVDF-nin yol verdiyi qanunsuzluqlarla bağlı ən önəmli məqam isə Fondun hər il Müşahidə Şurasına hesabat verməsidir. Nizamnaməyə görə, illik hesabatı qəbul edib imza atmaq, eləcə də layihələri, xərclənmələrin təyinatı üzrə olduğunu təsdiqləmək Müşahidə Şurasının səlahiyyətindədir. Prosesdən aydın olur ki, Müşahidə Şurası bu illər ərzində KİVDF-dəki bu qədər irimiqyaslı yeyintiləri aşkarlamaq əvəzinə onlara göz yumub.

Aparılan istintaqa Müşahidə Şurası üzvlərinin cəlb edilib-edilmədiyi barədə Baş Prokurorluğa verilən sorğuya cavab olaraq bildirilib ki, prokurorluq bu barədə daha sonra açıqlama yayacaq.

Tarix
2020.06.18 / 13:51
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla