
Bakıda güclü külək əsir – Faktiki hava
10:56
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Sosial şəbəkələrdə kimliyi bəlli olmayan bir şəxsin “Azercell” abonentlərini aldatması ilə bağlı məlumat yayılıb.
Axar.az xəbər verir ki, sözügedən şəxs əvvəlcə abonentlərin nömrələrinə “Hörmətli abonent! 0505129024 nömrəli abonent sizin balansınıza 5 AZN yükləmişdir” məzmunlu SMS göndərir. Daha sonra isə həmin abonentə zəng edərək, səhvən 5 AZN göndərdiyini və vəsaiti geri qaytarmasını xahiş edir.
Abonentlərin bəzisi isə yuxarıda qeyd edilən mesajın həqiqətən “Azercell”dən gəldiyini düşünərək, bu dələduzların nömrəsinə 5 AZN məbləğində vəsait göndərirlər.
Sosial şəbəkə istifadəçiləri “Azercell”i bununla bağlı tədbir görməyə çağırıblar.
Tarix
2020.06.22 / 13:42
|
Müəllif
Axar.az
|