Yuxarı

Bu çirkin kampaniyanın başında o dayanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu çirkin kampaniyanın başında o dayanır

Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimlinin şəxsən özü durduğunu statusunda etiraf etdi. Xaricdən qohumları vasitəsilə əxlaqsız kampaniyaya da özünün start verdiyi şübhəsizdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ona qarşı aparılan çirkin kampaniyanı təşkil edənlərdən danışarkən deyib. Deputat bildirib ki, hakimiyyətə müxalif olan bir qrupun əslində dövlətə qarşı düşmən münasibət sərgilədiyi göz qabağındadır:

“Əli Kərimlinin buradakı trolları vasitəsilə yalandan adımıza sözlər uyduraraq sosial şəbəkədə söyüş kampaniyası aparanlara qarşı ən sərt formada mübarizəmiz davam edəcək. Bizim üçün fərq etməz, kimliyindən asılı olmayaraq bu millətin haqqını qarşımıza çıxan bütün yaramazların qarşısında müdafiə edəcəyik”.

Millət vəkili bildirib ki, ona qarşı çirkin kampaniya aparanlara başqa ölkələrin dini qruplarının dəstək verdiyi də üzə çıxıb:

“Ajiotajları fiaskoya uğrayıb. Polislər cəzalandırılandan sonra zərərçəkmişlərin özlərini qarışdırıcılıq üçün alətə çevirmələrinə yol verməməsi bunları əsəbləşdirib. Dağıstan məsələsini də dövlətə qarşı iğtişaş motivinə çevirə bilmədilər. İndi də koronavirusun yaratdığı çətinlikləri bəhanə edərək yeni dalğanın baş verməsini gözləyirlər. Bu cür metodlarla Azərbaycan dövlətini sarsıtmanın yolverilməz olduğunu bir daha vurğulayaraq, bu ölkənin inqilabsız, təlatümsüz demokratikləşməsi üçün çalışmalarımız davam edəcək. Əvvəlcə bu koronavirus bəlasını atladaq, intizama əməl edək, ardınca hər kəs öz siyasi davasını sivil yolla aparmağa çalışar”.

Tarix
2020.06.23 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla