Yuxarı

Bu müəllimlərə şad xəbər: yeni hüquq verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ildən etibarən müddətli əmək müqavilələrinin daimiləşməsi və ya yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlərə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək hüququ veriləcək.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, müsabiqələr nəticəsində uğur qazanan bütün namizədlər (ibtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) maksimum iki iş yerində daimi əsaslarla çalışa biləcəklər.

Müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun yerdəyişmə müsabiqəsində tutduğu yer əsas, daimiləşdiyi yer əlavə iş yeri olacaq.

Müddətsiz müqavilə əsasında çalışan müəllim işə qəbul müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun işə qəbul müsabiqəsində tutduğu yer əsas, əvvəl çalışdığı yer əlavə iş yeri olacaq.

Yəni müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində və daha sonra növbəti işə qəbul müsabiqəsində uğur qazandığı halda onun maksimum iki yerində, 3 seçimdən biri əsasında çalışmaq imkanı olacaq. Bu halda müəllimlərin işə qəbul müsabiqəsində tutduğu yer əsas, yerdəyişmə müsabiqəsində tutduğu yer əlavə iş yeri olacaq.

Tarix
2020.06.29 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla