Yuxarı

Çexiya səfirliyi Bakıda Viza Mərkəzi açır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çexiya səfirliyi Bakıda Viza Mərkəzi açır

Çexiyanın Azərbaycandakı səfirliyi viza üçün sənədlərin verilməsi prosesində ediləcək dəyişikliklərlə, eyni zamanda Azərbaycan və xarici vətəndaşlara xidmətini daha da təkmilləşdirmək məqsədi ilə aprelin 27-də Bakıda Viza Mərkəzi açacaq.

Bu barədə Report-a səfirlikdən məlumat verilib.

Aprelin 6-dan başlayaraq viza üçün sənədləri həm Viza Mərkəzində, həm də Çexiya səfirliyinin Konsulluq şöbəsində yalnız ilkin qeydiyyata düşməklə təqdim etmək mümkün olacaq. Qeydiyyat bazar ertəsi – cümə günlərində saat 09.00-dan – 13.00-dək və 14.00-dan – 16.00-dək aşağıda göstərilən telefon nömrəsi ilə keçiriləcək. (tel.: +994 12 404 76 38).

Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya səfirliyinin Konsulluq şöbəsində və həmçinin Viza Mərkəzində qəbul edilmiyəcək.

Viza mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37, Demirçi Tower, 2-ci mərtəbə ünvanında yerləşəcək
Sənədlərin qəbulu bazar ertəsi-cümə saat 09.00-dan – 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə saat 11.00-dan – 17.00-dək keçiriləcək (nahar fasiləsi: saat 13.00-dan – 14.00-dək).

Viza mərkəzi yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.) əvvəllər olduğu kimi yalnız Çexiya səfirliyinin Konsulluq şöbəsində həyata keçiriləcək.

Viza mərkəzinin rəsmi saytı: www.vfsglobal.com

Tarix
2015.04.02 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla