Yuxarı

Baş prokuror Ombudsmanla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş prokuror Kamran Əliyev arasında görüş keçirilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə insan hüquqlarının effektiv təmini baxımından birgə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təşkil edilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

Görüşdə insan hüquqlarının təmini, müvafiq istiqamətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin və beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin müzakirə olunaraq milli qanunvericiliyə implementasiyası istiqamətində əməkdaşlıq imkanlarından danışılıb.

Tədbir zamanı hüquq pozuntularının, ehtimal olunan işgəncə və digər qeyri-insani rəftar hallarının qarşısının alınması məqsədilə hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkili prosesində yeni yanaşmaların tətbiqi imkanları istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin qəbulu zamanı, habelə istintaq orqanları tərəfindən başlanmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların və əlililiyi olan şəxslərin özləri, onların ailə üzvləri və vəkillərinin ərizə və müraciətlərində yer alan məsələlər də əsas müzakirə mövzusu olub.

Qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada və hallarda qanunların icra və tətbiqinə nəzarətin təşkili səviyyəsinin artırılması, bu sahədə prokuror nəzarəti vəziyyətinin öyrənilməsi, müəyyən olunan hüquq pozuntularının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi, metodiki tövsiyələrin, hesabatların hazırlanması istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.

Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.

Tarix
2020.07.02 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla