Yuxarı

AzTV-dən Rövşən Məmmədovu ittiham edənlərə - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV-dən Rövşən Məmmədovu ittiham edənlərə - Cavab

AzTV iki əməkdaşının koronavirusdan dünyasını dəyişməsinə görə sosial şəbəkələrdə televiziya rəhbərliyinin qınanmasına cavab verib.

Televiziyadan Axar.az-a daxil olan məlumata görə, ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslər, sosial şəbəkə istifadəçiləri QSC rəhbərliyini qınayıb, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlar edib.

Açıqlamaya əsasən, Qapalı Səhmdar Cəmiyyətinin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur. Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır. Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s.

Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.

Açıqlamada qeyd edilib ki, şirkət bu mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı “koronavirus ittihamı” irəli sürənləri qərəzli hesab edir.

Xatırladaq ki, AzTV-nin 2 əməkdaşı - Samir Nemətzadə və əməkdar incəsənət xadimi Etibar Babayev koronavirusdan vəfat edib.

Tarix
2020.07.03 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla