Yuxarı

Tətil ola bilməz, çünki MM hər an qərar verə bilər - Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tətil ola bilməz, çünki MM hər an qərar verə bilər - Novruzov

Milli Məclisin yenidən növbədənkənar sessiyasını keçirməyə hazırlaşdığı barədə xəbər yayılıb.

Axar.az xəbər verir ki, parlamentin bir qrup deputatı növbədənkənar sessiyanın çağrılması təşəbbüsü ilə çıxış edib. Qeyd olunub ki, sessiya onların müraciəti əsasında çağrıla bilər.

Milli Məclisin yaz sessiyası başa çatdıqdan sonra parlamentarların müraciəti əsasında keçirilən növbədənkənar sessiya da 30 iyunda yekunlaşdı. Son iclasda spiker Sahibə Qafarova gündəlikdəki məsələlərə baxıldığını bildirdi və deputatlara səmərəli fəaliyyətə görə təşəkkür etdi. Bu mənada yenidən növbədənkənar sessiyanın çağırılması maraq doğurur.

Deputat Fazil Mustafa Musavat.com-a açıqlanasında məsələdən xəbərsiz olduğunu bildirib.

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov isə indiki durumda durumda parlamentin dayanmamalı olduğunu deyib:

"Daxili nizamnaməyə görə, hazırda bizdə tətildir. Amma tətil ola bilməz. Çünki koronavirus və digər məsələlərlə əlaqədar elə bir məsələ ortaya çıxa bilər ki, parlamentin qərarına ehtiyac yaranar. Tutaq ki, fövqəladə vəziyyətin tətbiq olunması ilə bağlı. Çünki fövqəladə vəziyyətin tətbiqi ilə bağlı parlament qərar qəbul etməlidir”.

Deputatların yenidən toplaşmaq üçün müraciət etməsi o deməkdirmi ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə fövqəldə vəziyyətin elan olunması gözlənilir?

S.Novruzov bu barədə deyib: “Yox, mən ümumiyyətlə deyirəm..”

YAP funksioneri növbədənkənar sessiya çağırılmasının konstitusiyaya dəyişikliklər və digər məsələlərlə bağlı olmadığını da əminliklə vurğulayıb:

“Sadəcə olaraq müddət uzadılır, vəssalam”.

Qeyd edək ki, növbədənkənar sessiyasının çağırılması üçün deputatların üçdə ikisinin Sədrə müraciəti tələb olunur.

Tarix
2020.07.03 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla