Yuxarı

Bu poçt şöbələri həftəsonu da xidmət göstərəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu poçt şöbələri həftəsonu da xidmət göstərəcək

İyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Azərpoçt MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

Bu barədə Axar.az-a qurumdan bildirilib.

Məlumata görə, şənbə və bazar günləri Bakıda yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri işləyəcək.

Həmçinin, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərində və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarında müştəri xidmətləri şöbələri və Bakı, Sumqayıt və Cəlilabadda yerləşən “Şəbəkə” xidmət mərkəzləri həftə sonları da xidmət göstərəcək.

Digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri adi iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli müvafiq qərar verib.

Tarix
2020.07.04 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə... – Rəsmi Bakı

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla