Yuxarı

Bakı əhalisinin bu şərtlə bölgəyə buraxılması... - Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı əhalisinin bu şərtlə bölgəyə buraxılması... - Professor

İnfeksiyanın qarşısını almaq məqsədi ilə Bakıda sıxlığın azaldılması üçün əhalinin bölgələrə göndərilməsi kifayət qədər ciddi məsələdir.

Bunu Axar.az-a mütəxəssislərin əhalini testdən keçirməklə bölgələrə gedişininin təmin edilməsi təklifinə münasibət bildirən professor Adil Qeybulla deyib. O bildirib ki, karantin insanların miqrasiyanın qarşısını almaq üçün tətbiq edilir:

“Məsələ burasındadır ki, testin müsbət və ya mənfi olması bəzən özünü doğrultmur. Kompüter tomoqrafiyada xəstəliyin bütün əlamətləri aşkarlansa da, testin mənfi göstərdiyi hallar olur. Bu səbəbdən test aldadıcı faktordur. İkinci bir məsələ isə odur ki, əslində karantinin məqsədi insanların miqrasiyasını məhdudlaşdırmaq və infeksiyasının ədədi silsilə ilə yayılmasının qarşısını almaqdır. İlk dəfə karantin qaydaları yumşaldılan zaman insanlar Bakı bulvarında və s. yerlərdə bir-biri ilə açıq ünsiyyətdə oldu. Bunlar infeksiyanın genişlənməsinə gətirib çıxartdı və bunu gündəlik yoluxma statistikasında da görürürük”.

Professor onu da qeyd edib ki, əhalinin rayonlara gedişini bərpa etmək üçün detalları ilə işlənmiş yeni qərarın qəbul edilməsi lazımdır:

“Bu qərar bütün detalları ilə işlənib hazırlanmalıdır. İnsanlar hazırda evdə panikadadır və çətinlik çəkirlər. Bunlar immun sisteminin zəifləməsinə səbəb olur və onların psixi durumuna da təsir edir. Amma nəzərə almaq lazımdır ki, müsbət nəticə olması üçün düzgün qərarlar vermək vacibdir. Əgər infeksiya bütün respublika ərazisində geniş şəkildə yayılarsa, nəticə daha ağır olar. Rayonda təmiz hava da olsa, insanların immun sistemi daha aşağıdır və sağlam qidalanma problemi var. Hesab edirəm ki, növbəti yumşadılmada bu nəzərə alınacaq”.

Qeyd edək ki, ekspertlər infeksiyanın qarşısını almaq üçün Bakıda sıxlığın azaldılmasını vacib hesab edirlər. Onlar bildirirlər ki, əhali test edilməklə rayonlara buraxılmalı və beləliklə, həm insanların istirahəti təmin edilməli, həm də Bakıdakı sıxlıq aradan qaldırılmalıdır.

Tarix
2020.07.06 / 13:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla