Yuxarı

Bəzi avtobusların şəhərə girişi qadağan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi avtobusların şəhərə girişi qadağan edildi

Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar bəzi marşrut xətlərində edilən dəyişikliklər davam edir.

Axar.az xəbər verir ki, bu məqsədlə artıq 25 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobuslarının şəhərə girişi qadağan edilib.

Ənənəvi olaraq Qaraçuxur qəsəbəsi, Bakıxanov qəsəbəsi dəmir yolu stansiyasından keçməklə Koroğlu, N.Nərimanov və Gənclik metrostansiyalarından hərəkət edib Xarici İşlər Nazirliyinə qədər gedən marşrut xəttinin dayanacaqlarının sayı azaldılıb.

Artıq bir neçə gündür ki, 25 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusları "Koroğlu" metrostansiyasından "Ulduz" metrostansiyasına gedir. Şəhərə girişinə qadağa qoyulan marşrutun dayanacaqlarının azalması sərnişin sayına da təsir edib. Belə ki, xüsusilə səhər saatlarında həddindən artıq sərnişinlə dolu olan avtobuslar, demək olar ki, hazırda boş olur. Sürücülər də yolun qısalmasından deyil, sərnişin sayının kəskin azalmasından narazılıq edir.

Yeni yol xəttinin müvəqqəti və ya daimi olacağı ilə bağlı hələlik heç nə məlum deyil. Lakin sürücülər bildirir ki, məhz Avropa Oyunları ilə əlaqədar avtobusların şəhərə girişi qadağan edilib, bu məqsədlə də dayanacaqlar azaldılıb.

Tarix
2015.04.04 / 11:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla