Yuxarı

Rəis müavini molladan yas üçün pul istəyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəis müavini molladan yas üçün pul istəyib?

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun rayonda yas mərsasiminin keçirilməsi üçün pul tələb etməsi iddialarına münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Publika.az-a açıqlamasında yayılan məlumatlar həqiqəti əks etdirmədiyini deyib.

“Əfsuslar olsun ki, bəzi sosial şəbəkələrdə və xəbər saytlarında bu gün Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinin adına həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı dərc edilib. Bildirmək istəyirəm ki, Tovuz rayonunda hər hansı bir şəxs vəfat etdikdə dərhal Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi həmin şəxsin ailə üzvləri ilə əlaqə saxlayır, onunla profilaktik söhbət aparır, karantin rejimin tələbləri bir daha onun nəzərinə çatdırılır və karantin rejimi pozulduqda məsuliyyət daşıyacaqlarını qeyd edir. Hər hansı bir yas yerindən pul istənilməsi tamamilə cəfəngiyyatdır, həqiqətə uyğun olmayan məlumatdır”, - E.Qasımov qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun mollaya zəng edərək “üç” və “yeddi” mərasimləri üçün 500 manat pul istəməsi ilə bağlı məlumatlar yayılıb.

Tarix
2020.07.10 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla