Yuxarı

Azərbaycanda ilin ilk sınaq imtahanı keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilin ilk sınaq imtahanı keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanda ilk sınaq imtahanı keçirilir.

Axar.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları respublikanın 29 şəhər və rayonunda təşkil olunub.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada keçirilir. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48343 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Tarix
2015.04.05 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla