Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
9 Avqust 2020


Paşinyanın arzuladığı iclas baş tutmadı – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal etməsi nəticəsində iki ölkə arasında hərbi vəziyyət 30 ildir ki, davam edir. Və bu münaqişənin mərkəzi işğal olunmuş bölgədir. Ermənistan təxribatlarını bu bölgədən kənar yerdə - dövlət sərhədində həyata keçirməklə özünün guya dövlət sərhədinə müdaxilə olunması görüntüsünü yaratmaq istəyirdi. Bununla da üzv olduğu hərbi birliyin - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanacağını, bu qurumdan Azərbaycana qarşı hansısa bəyanatın veriləcəyini gözləyirdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov Ermənistanın Tovuz rayonu istiqamətində, dövlət sərhədimizdə törətdiyi təxribat və hərbi cinayətlərə münasibət bildirərkən deyib. O bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ağır artilleriya qurğularından da istifadə edib, mövqelərmizi ələ keçirməyə cəhd etsələr də, Azərbaycan Ordusu düşmənin cavabını qətiyyətlə verdi:

“Əslində, belə bir təxribatla təcrübəsiz və populist Baş nazir Nikol Paşinyan ictimayyətin diqqətini aktual məsələlərdən yayındarmağa və ölkə daxilində baş verən ciddi gərginliyi azaltmağa çalışırdı. Ancaq Azərbaycan Ordusunun cavab və cəza əməliyyatı nəticəsində əks effekt yarandı”.

Millət vəkili qeyd edib ki, İrəvanın istəyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təcili iclası çağrılsa da, dərhal da təxirə salındı:

“Yalnız bu gün qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Səbəb aydındır - bu hərbi birliyə üzv dövlətlər ayrı-ayrılıqda Azərbaycanla çox gözəl əməkdaşlıq, hətta strateji müttəfiqlik münasibətlərinə malikdir. Heç bir dövlət beynəlxalq münasibətlər sistemində hər hansı çəkiyə, mövqeyə malik olmayan Ermənistana görə Azərbaycana qarşı bəyanata imza atmaz. Elə buna görə də nə ermənilərin arzuladığı iclas baş tutdu, nə də Azərbaycanı təhdid edən bəyanat oldu”.

M.Həsənov işğalçı dövlət tərəfindən azərbaycanlı mülki əhalinin və onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması və ağır silahlardan atəşə tutmasını ermənilərin faşizm xisləti ilə əlaqələndirib:

“Ancaq Ordumuz bunun üçün qabaqlayıcı tədbirlər görməkdədir. Təəssüf ki, bir mülki şəxs həlak oldu, bir neçə evə ziyan dəydi. Əslində bu faktlar da ermənilərin mahiyyətini sübut edir – onlar dinc, silahsız əhaliyə qarşı hər zaman silah işlədiblər”.

Tarix
2020.07.15 / 00:25
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

BŞİH çimərliklərə baxış keçirdi

Bakıda koronaya ən çox yoluxma bu rayonda qeydə alındı

FHN halsız vətəndaşı xilas etdi

Gənc əsgərlərimiz and içdi

Hansı çimərliklərdə boş yerlər var? – Siyahı

Türkiyə və Azərbaycan helikopterləri təlimdə - Video

Sabahdan Bakının bu kəndinə Bakı Bus işləyəcək

Bakıda velosiped oğurlayan şəxs tutuldu

Bu çimərliklərdə sıxlıqdır: yoluxma arta bilər... - Foto

Ölkəmizdə yoluxma yenə azaldı: cəmi...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla