Yuxarı

“Müasir şəhərsalmada piyada təhlükəsizliyi” - İctimai müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Müasir şəhərsalmada piyada təhlükəsizliyi” - İctimai müzakirə

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin təşkil etdiyi “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə deputatlar, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı piyada təhlükəsizliyinin artırılması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, piyadaların və sürücülərin məsuliyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə danışılıb. İştirakçılar mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Tədbirin açılışında "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri şəhərsalma prosesində piyada təhlükəsizliyinin vacibliyindən danışaraq bu sahədə diqqət yetirilməli əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra nəqliyyat eksperti Elməddin Muradlı çıxış edərək piyada təhlükəsizliyi, yol hərəkətinin təşkili və maarifləndirmə tədbirlərinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Arzuxan Əlizadə çıxış edərək piyada təhlükəsizliyinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən və bu sahədə ictimai təşəbbüslərin rolundan danışıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli çıxışında piyadaların da üzərinə düşən məsuliyyətləri sadalayıb.

Tarix
2026.06.25 / 12:25
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla