Yuxarı

Şəhərin qədim adı yazılan lövhə sökülür - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhərin qədim adı yazılan lövhə sökülür - Foto

Nəqədə şəhərinin Urmiya tərəfindən girişində qoyulan "I love Naghadeh" lövhəsi şəhər sakinlərinin etirazına baxmayaraq götürülür.

Axar.az xəbər verir ki, bu barədə Güney azərbaycanlı milli fəal məlumat verib.

Bildirilib ki, valinin göstərişi ilə lövhənin yığışdırılmasına səbəb ürək süvenirinin içərisində şəhərin qədim adının (Sulduz) yer almasıdır:

“Gördüyünüz kimi, “I love Naghadeh” yazılı lövhədə ürək simgəsinin içində “Sulduz” yazılıb. Lövhə Bələdiyyə və Şura tərəfindən Ramin Abbasnejad adlı qrafistə hazırladılıb. Ardınca dünən Sulduzun (Nəqədə) Urmiya tərəfdən girişinə yerləşdirilib. Yerləşdirildikdən sonra ürəyin içində "Sulduz" kəlməsini görən Şurayi-Təmin (Şəhərin Təhlükəsizlik Şurası - şəhərdə dəyişikliklərlə bağlı qərar verən qurumdur. Üzvləri şəhərin valisi, prokuroru, bələdiyyə sədri, SEPAH başçısı və polis rəisidir) bildirdi ki, lövhə götürülməlidir. Yəni sözügedən kəlmə silinməlidir. Bu əmri ilk olaraq qurumun heyətində yer alan vali dedi. Bildirdi ki, biz “Sulduz” sözünü deməmişik. Vali sonra bu qərarı Şuranın üzərinə ataraq, Şurayi-Təminin lövhənin yığışdırılmasını tələb etdiyini bildirdi. Bundan sonra şura açıqlama yayaraq, Nəqədənin keçmiş adının Sulduz olduğunu, 53 il öncə Pəhləvi rejimi dövründə Nəqədəyə çevrildiyini, amma hələ də əksəriyyətin dilində bu sözün qaldığını bildirib. Yəni “haralısan” deyə sorğu keçirilsə, 10-dan 8-i "Sulduzdanam" deyər, Nəqədə yox”.

Aktivist lövhədən şəhərin qədim adının silinməsinə “Azəriha” saytının xüsusi səy göstərdiyi diqqət çəkib:

“Bununla yanaşı, türklərin əleyhinə fəaliyyət göstərən “Azəriha” saytı və paniranistlər “Sulduz” adının qondarma olduğunu və pantürklər tərəfindən irəli sürüldüyünü əsas gətirərək, məsullardan adın lövhədən silinməsini istəyiblər. İndi məsələ burasındadır ki, bizim məsulların - vali, bələdiyyə, Şurayi-Təminin "Azəriha" saytı ilə əməkdaşlıqda məqsədi nədir? “Sulduz” adı qondarmadırsa, niyə bələdiyyənin saytında Nəqədəni axtarışa verəndə keçmiş adının Sulduz olduğuna diqqət çəkilir? Əgər qondarma deyil, rəsmi adı olubsa, bu adın istifadəsindən sözügedən qurumlar niyə narahat olurlar?”

O, həmçinin, Sulduz adının Nəqədəyə çevrilməsindən də danışıb:

“O vaxt Sulduz mahalını Qacar xanlığının vəliəhdi Abbas Mirzə özü üçün alıb. Bu bölgə vəliəhdin şəxsi mülkü olub. Qarapapaq xanı Nəqi xan Buzçlunun vəliəhdə yaxşılığı keçdiyi üçün mahalın sənədini xanın adına rəsmiləşdirir. Sənəd hazırda da mövcuddur. Sənəddə mahal "Nəqi deh" adlanır, yəni bu şəxsə verdim. Bu səbəblə də sənəddə ad eləcə qalır. Amma 1967-ci ilədək bölgənin adı “Sulduz” deyilib və yazılıb. 1967-ci ildə Pəhləvilər dönəmində bölgənin adı Nəqədə olaraq elan edilib”.

Tarix
2020.07.15 / 22:43
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla