Yuxarı

İctimai nəqliyyat iki gün işləməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İctimai nəqliyyat iki gün işləməyəcək

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

3 avqust tarixində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək, 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək ictimai nəqliyyat işləməyib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb. Sərtləşdirilmiş xüsusi karantin rejimi isə 5 avqust saat 06:00-dək davam edəcək.

Tarix
2020.08.01 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla