Yuxarı

“Bir ərəb də desə ki, türklər adam yeyir, daha…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir ərəb də desə ki, türklər adam yeyir, daha…”

"Mirşahinin verilişindən, sosial şəbəkədəki paylaşımlardan da anladım ki, ölkədə "Həcü başqadı…" deyilən bir atmaca hətta dolların qalxmasından da önəmli məsələ kimi ictimai həyatımızı işğal edib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, azərbaycanlıların atmacalara həddindən artıq aludə olduğunu bildirib:

"Mirşahinin verilişindən, sosial şəbəkədəki paylaşımlardan da anladım ki, ölkədə "Həcü başqadı..." deyilən bir atmaca hətta dolların qalxmasından da önəmli məsələ kimi ictimai həyatımızı işğal edib. Üstəlik də rastlaşdığım adamların da bu atmaca barədə ağız dolusu bəhs etmələrini dinləyəndə "kişi öz arvadının ətini kəsib yeyə bilər" kimi uydurma bir fitvanın bizim cəmiyyətdə niyə belə tez yayıla bildiyinə təəccüblənmədim. Hətta tanınmış bir jurnalistin də "ərəblərdə adam əti yemək adəti olub, necə ki, Əbu Sufyanın arvadı Hind Vəhşi tərəfindən öldürülmüş Hz. Həmzənin ciyərini yemişdi" sübutuna heç təəccüblənmədim. Belə nəticə çıxarmaq olar ki, ərəblərdə adam yemək imtiyazı islama qədər qadınlara tanınırdı. İslam gələndən sonra kişilərin bu imtiyazı əldə etməsinə yaşıl işıq yandırıldı. İndi Azərbaycanda haçansa təhsil almış bir ərəb jurnalisti çıxıb bəyan etsə ki, bu azərbaycanlıları mən tanıyıram, burada ananın öz oğlunun ətini yeməsi adəti var, yenə də təəccüblənməyəcəyəm. "Dədə Qorqud" filmindəki məşhur epizodu təhrif olunmuş şəkildə Yutuba qoyur ki, baxın, Şöklü Məliyə əsir düşmüş Tural (Uruz) anası Burla Xatuna deyir ki, "mənim ətimi tikə-tikə doğrayıb bişirəcəklər, hamı bir tikə yesə, sən iki tikə ye!" imperativ təklifi bu azərbaycanlıların babaları olan Oğuz türklərinə aiddir. Adamın ətini bişirən də qıpçaq türküdür. İndi buyur, cavab ver bu ərəbə. Düşüncəsi, anlayışı, dünyagörüşü atmacalarla dolu olan cəmiyyətdə ara-sıra insanları ermənilərin bizə hazırladığı və illərdir göstərdiyi "Qarabağ" "prikol"una baxmağa yönləndirmək lazımdır. Ermənilər təkcə torpağımızı, ətimizi yeməyiblər, beyinimizi də yeyiblər. Ona görə də "Həcü başqadü..." deyən atmaca qəhrəmanı cəmiyyətin nə istədiyini bizlərdən qat-qat yaxşı bilir".

Tarix
2015.04.10 / 15:08
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla