Yuxarı

Naxçıvana ayrılan 1,7 milyon koronaya görə deyil - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcədə artırılan 465 milyon vəsait müdafiə və təhlükəsizlik xərcləri, o cümlədən pandemiya ilə mübarizəyə həsr ediləcək.

Axar.az xəbər verir ki, bu fikirləri “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deputatların təklif və suallarına cavab verərkən deyib.

Nazir müavini bəzi deputatların su pobleminə diqqət çəkdiyini xatırladaraq bildirib ki, Prezidentin sərəncamı ilə su problemləri ilə bağlı dövlət komissiya yaradılıb:

“Komissiya təkliflərini hazırlayıb təqdim edəcək. Bu istiqamətdə işlər aparılır və müəyyən xərclər nəzərə alınır. Dövlət büdcəsində nəzərə tutulan əlavə xərclər bölməsində “Azərsu” və digər qurumlara vəsait ayrılıb. Bir şeyi də diqqətə çatdırım ki, “Azərsu” və digər müvafiq qurumlara ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmayıb”.

Bəzi deputatların təhsil mövzusunda təkliflər səsləndirdiyini bildirən Azər Bayramov əlavə edib ki, ali təhsil ocaqlarının maliyyəsinin 80 faizi burada çalışan müəllimlərin əmək haqlarının 80 faizini təşkil edir:

“Dövlət büdcəsində tələbələrin maliyyələşməsi üçün əlavə 40 milyon vəsait ayrılıb. Bu vəsaitin 13 milyonu artıq müvafiq istiqamətə yönəldilib. Bu məsələdə Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılır. Təbii ki, bu vəsaitlərin təkcə ayrılması deyil, həm də şəffaflığın təmin olunması lazımdır”.

Nazir müavini sonda qeyd edib ki, Naxçıvana dövlət büdcəsindən ayrılan 1,7 milyon manat vəsait pandemiya ilə mübarizə məqsədilə deyil:

“Siyavuş Novruzov və Səttar Mehbaliyev Naxçıvana ayrılan vəsaitlərin az olduğunu qeyd etdinlər. Məlumat üçün bildirim ki, pandemiya ilə mübarizə xərcləri mərkəzləşdirilmiş şəkildə ayrılıb. Ona görə də Naxçıvana pandemiya ilə mübarizə üçün maliyyə mərkəzləşmiş xərclərdən ayrılacaq”.

Tarix
2020.08.06 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla