Yuxarı

Komitə bu köçkün ailəsini nəzarətə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə bu köçkün ailəsini nəzarətə götürdü

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Komitədən Axar.az-a verilən məlumata görə, ilk növbədə daha geniş məlumat almaq üçün 10 avqust 2020-ci il tarixində ailə ilə telefon əlaqəsi saxlanılıb. Bununla yanaşı, ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə səfər edilib və müvafiq maddi yardımlar göstərilib.

Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları 11 avqust 2020-ci il tarixində ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaradıblar.

Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlükə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırıb.

Məlumat üçün bildiririk ki, hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr ümumilikdə 5 milyon əhalini əhatə etməkdədir:

"Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqdən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.

Bu gün də Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilmişdir və bildiririk ki, Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaqdır".

Tarix
2020.08.11 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla