Yuxarı

Oğlan və qız uşaqlarına ən çox qoyulan adların - Siyahısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğlan və qız uşaqlarına ən çox qoyulan adların - Siyahısı

Bu ilin yeddi ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Axar.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad yeddi ayda 1147 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1089), Əli (1066), Hüseyn (1016), Məhəmməd (713), Ömər (667), Murad (666), Raul (563), Ayxan (517) və Tunar (480) tutur.

İlin yeddi ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1163). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (889), Məryəm (829), Aylin (787), Mələk (778), Fatimə (746), Nuray (706), Nilay (647), İnci (586) və Dənizdir (532).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 451 uşağa Yusif, 11 min 930 qız uşağına isə Zəhra adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

Tarix
2020.08.17 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Anar Əliyev onu nazirlikdə yüksək vəzifəyə təyin etdi

Hesablama Palatasından mühüm təklif

Bakı və İrəvan delimitasiya üzrə layihələri razılaşdırdı

40 il sonra yenidən Ermənistanda: ermənicə sərbəst danışır

Rəsmi Bakı AP ilə münasibətləri dayandıra bilər

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Bayramov koreyalı həmkarı ilə danışdı

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla