Yuxarı

Polisdən Bakıda asayişin qorunması ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən Bakıda asayişin qorunması ilə bağlı açıqlama

Paytaxtda ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejim qaydalarının təmin olunması ilə bağlı fəal iş aparılır.

Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.

Tarix
2020.08.28 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla