Ana səhifə Toplum |
Kondisionerli qatarlar 10 gündən sonra xəttə buraxılacaq.
Teleqraf.com xəbər verir ki,"Bakı Metropoliteni" QCS sərnişinlərin rahatlığını təmin etmək üçün müasir standartlara cavab verən yeni qatarlar alıb. Fransanın "Alstom" şirkəti ilə imzalanan müqaviləyə əsasən Bakıya gətirilən yeni metro qatarları ilə tanışlıq üçün bu gün jurnalistlərin depoya press-turu təşkil olunub.
Bildirilib ki, alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrükləri dəyişən cərəyanla ( 380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərrüklərinin gücü 114 kwt idisə, bu qatarların mühərriklərinin gücü 170 kwt təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün
38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil
vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29
tondur. Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir.
Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa
keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - soyutma,
havalandırma və isitmə rejimlərində çalışan klima sistem
quraşdırılıb.
Vaqonun salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu
halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir.Əvvəlki
vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki
vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün
daha yüksək komfort şərait yaradır. Müasir tələblərə cavab verən
yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik
olmaqla sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək
səviyyədə təmin edəcək.
Eyni zamanda bildirilib ki, "Bakı Metropoliteni"nin
infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması
istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də bu vaxta qədər
metro tarixində analoqu olmayan diaqnostika kompleksinin
quraşdırılmasıdır.
Görülmüş tədbirlər nəticəsində ABŞ istehsalı olan serverlər və
fasiləsiz cərəyan təminatı, Almaniya istehsalı olan lazer optik
sistemləri, Ukrayna istehsal olan cərəyan çevriciləri, Koreya və
Çin istehsalı olan işçi kompyuter avadanlıqları, Fransa istehsalı
olan GPS – koordinasiya qurğusu və s. ilə təchiz olunmuş həmin
diaqnostika kompleksinin tətbiqi nəticəsində qatarların hərəkətinin
tam təhlükəsizliyinin, səlistliyinin və sərnişindaşımanın komfortu
təmin ediləcək. Bütün bu avadanlıqlar diaqnostika kompleksi
şəklində Rusiyanın
TBEMA firması tərəfindən yığılmış və proqram təminatı ilə təchiz
edilib.
Kompleksin əsas vəzifələri :
Tuneldə yolların 5 parametri üzrə vəziyyətinə nəzarət;
Tunellərdə 3 növ əndazə yaxınlaşmalarına nəzarət;
Qatarların avtomatik sürət tənzimlənməsinə nəzarət sisteminin kod
və siqnallarına nəzarət;
Rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi və
nəzarət;
Tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və
texniki qurğuların teplovizyon nəzarətinin aparılması;
Qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün
fiziki amillərin qeydiyyatı və analizi;
Qüsurların avtomatik qeydiyyatı və qabaqcadan
proqnozlaşdırılması;
Göstərilən bütün əməlyyatlar xətti video şəklində qeydə alınır.
Ötən keçidlərlə müqayisə edilir və foto hesabat şəklində təqdim
edilir;
Təmas relslərinin təmas səthində temperaturu, həndəsi parametrləri
plan və profildə qeydə alınır və nəzarətdə saxlanılır;
Bütün əməliyyatlar lazerlər vasitəsilə təmassız aparılır.
Məlumat verilib ki, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra
Nərimanov elektrik deposunda böyük yenidənqurma, abadlıq işləri
həyata keçirilib. Qısa müddət ərzində depo ərazisində baxımsız
vəziyyətdə olan park yenidən qurularaq işçilərin istirahət
vaxtlarının səmərəli keçirilməsi üçün hazır vəziyyətə
gətirilib.
Depo işçilərinin istifadəsinə verilən yeməkxanada işçilər
keyfiyyətli yeməklə yanaşı, xüsusi güzəştlərdən də
faydalanmaqdadır. Belə ki, bəzi kateqoriyaya aid olan işçilər
pulsuz, digər çalışanlar isə Metropoliten İşçiləri Həmkarlar
İttifaqının dəstəyi ilə çox ucuz qiymətə yeməklə təmin
edilirlər.
Bundan başqa ehtiyat avadanlıqların saxlanılması üçün böyük anbar
tikilərək istifadəyə verilin. Bundan əvvəl avadanlıqlar ayrı-ayrı
kiçik daxmaları xatırladan binalarda saxlanılırdısa, hazırda böyük
bir bataqlıq ərazinin qurudulması nəticəsində hazırlanan yerdə inşa
edilən, müasir standartlara cavab verən anbarda saxlanılır.
Qeyd edək ki, yeni qatarların yaxın 10 gün ərzində istifadəyə
verilməsi nəzərdə tutulub.
Tarix
2015.04.17 / 16:00
|
Müəllif
Axar.az
|