Yuxarı

Bu zəfər Azərbaycanı xilas etməklə bitmədi - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu zəfər Azərbaycanı xilas etməklə bitmədi - Səfir

11:55

Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə paytaxtdakı Türk Şəhidliyində anım mərasimi keçirilib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bakı Türk şəhidliyi abidəsinin önünə əklil qoyublar.

Anım günü ilə bağlı fikirlərini bölüşən E.Özoral Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərindən və əhəmiyyətindən söz açıb:

"Bu zəfər bugünkü Azərbaycanı xilas etməklə kifayətlənməmiş, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirmişdir. Türkiyə və Azərbaycan olaraq ətrafımızdakı alov çevrəsi ilə yenə eyni iradə və əzmlə mübarizə aparmaqda qətiyyətliyik. Hər zaman olduğu kimi bundan sonra da "İki dövlət, bir millət" şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru Paşanı, hər bir əsgəri, Azərbaycan Ordusunun hər bir nəfərini minnət və sayğı ilə anıram".

Tarix
2020.09.15 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla