Yuxarı

İki aparıcı getdi: Bu kanalda nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki aparıcı getdi: Bu kanalda nə baş verir?

Bir müddət öncə Ramiz Mirzəzadə, ötən gün isə İsmayıl Abdullayevin İdman TV-dən ayrılması müzakirələrə səbəb olub. Həm mətbuatda, həm də sosial şəbəkələrdə kanalın daxilində problemlərin olduğu, İdman TV-nin daha bir neçə əməkdaşının da kanaldan ayrılacağına dair iddialar irəli sürülüb.

Axar.az xəbər verir ki, kanalın direktoru vəzifəsini icra edən Rövşən Binnətli Fanat.az-a müsahibəsində yayılan iddiaları təkzib edib. O bildirib ki, İsmayıl Abdullayev təxminən ay yarım əvvəl Neftçi TV-də işləmək istədiyini bildirəndə rəhbərlik məsələyə həssas yanaşdı. Həm "Neftçi"nin tarixi klub olması, həm də təcrübəli birinin klubun telekanalına rəhbərlik etməsi kimi məsələləri nəzərə alaraq ona hər iki yerdə fəaliyyətini davam etdirə bilməsi üçün lazımi şərait yaradıldı. Və o, Azərbaycan əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla həm Neftçi TV-də, həm də İdman TV-də işinə davam etdi.

“İşlə bağlı tələbkarlıq indi bir qədər də ciddiləşib. Müəlliflərdən daha keyfiyyətli efir məhsulu, verilişlər istənilir. İdman TV-də hazırda hər bir məsələdə - nizam-intizamdan tutmuş yaradıcılığa qədər - işgüzar prinsiplər önə çəkilir. Konkret Ramiz Mirzəzadənin getməsinə gəlincə, o, daha sərbəst rejimdə işləmək arzusunda olduğunu bildirmişdi”.

Qeyd edək ki, Ramiz Mirzəzadə hazırda CBC Sport kanalında fəaliyyət göstərir.

Tarix
2020.09.16 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla