Yuxarı

Ölkəmizdə nağd ödənişlər tarixə çevrilir... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə nağd ödənişlər tarixə çevrilir... - Ekspert

Bir qədər əvvəl Mərkəzi Bank növbəti illər ərzində bütün bank kartlarının və POS-terminalların tam olaraq təmassız ödənişləri dəstəkləyəcəyini açıqlayıb. Bundan əlavə, hər bir obyektdə POS-terminallar quraşdırılması da nəzərdə tutulub.

Mövzu ilə bağlı Axar.az-a danışan Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, son illər ölkə ərazisində vətəndaşların və turistlərin nağdsız əməliyyatlardan istifadəsinin stimullaşdırılması istiqamətində inklüziv işlər görülməkdədir:

“Sahənin inkişafı məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş 2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramında POS-terminallarda istifadənin genişləndirilməsi prioritetlərdən biri kimi göstərilib”.

Ayxan Qədəşov bildirib ki, dünya praktikasında kiçik və orta biznes (KOB) subyektlərinin POS-terminallardan istifadəyə daha çox maraqlı olduğu müşahidə edilir:

“Müştərilərə daha sürətli və təhlükəsiz xidmət imkanı təqdim edə bilmək üçün POS-terminalların mövcudluğu mütləqdir. Nağd pul dövriyyəsi prosesi adətən uzun vaxt alır. Müştərinin ödəniş üçün tələb olunan məbləği hazırlaması, xidmət personalının pulu sayaraq qəbul etməsi, pulun qalığının sayılaraq təhvil verilməsi, sonda isə müştərinin qalıq pulu sayaraq təhvil alması, - bütün bu proses 1-2 dəqiqə vaxt alır. Nağd olaraq ödəniş edən 5 müştəri üçün ümumilikdə 5-10 dəqiqə vaxt tələb olunur. Belə olan halda kassa qarşısında uzun növbələr yaranır, nəticədə bəzi müştərilər alış-satış prosesini bitirmədən mağazanı tərk edir. Nağdsız ödənişlərdə isə bu proses hər müştəri üçün 10-15 saniyə olmaqla, ümumilikdə 5 müştəri üçün 1-2 dəqiqə vaxt tələb edir. Bununla yanaşı, aparılan araşdırmalar onu göstərir ki, insanlar adətən nağdsız ödənişlərdə 20-40 faiz daha çox vəsait xərcləyir. Bu isə KOB subyektlərinin dövriyyəsinin artması deməkdir. KOB subyektlərinin dövriyyəsinin artması birbaşa olaraq dövlət büdcəsinə olan daxilolmaların da artımında rol oynayır. Vətəndaşlar tərəfindən POS-terminallardan istifadənin təbliği kölgə iqtisadiyyatının formalaşmasının da qarşısını alır”.

A.Qədəşov vurğulayıb ki, yeni nəsil POS-terminallar artıq mobil telefon və ya kontaktsız ödəniş kartlarını dəstəkləyir:

“Bu tip texnologiyalardan istifadə istər vətəndaşların, istərsə də xidmət personalının sağlamlığı üçün mühüm rol oynayır. Belə ki, alış-satış prosesi nağd pul dövriyyəsi olmadan tam təmassız başa çatır. Şəxslər arasında fiziki təmasın olmaması müxtəlif yoluxucu xəstəliklərin yayılmasının da qarşısının alınmasına əlavə dəstək olur. Əsasən də mövcud pandemiya dövründə vətəndaşların nağdsız ödəniş üsullarına daha çox üstünlük verməsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında qabaqlayıcı tədbirlərdən hesab oluna bilər.

Yeri gəlmişkən onu da qeyd edim ki, Çin hökuməti nağd pul dövriyyəsinin vətəndaşlar arasında müxtəlif yoluxucu xəstəliklərin yayılmasında mühüm rolu olduğundan əməliyyatların tam olaraq nağdsız aparılması istiqamətində işlərə başlandığını bəyan edib”.

Tarix
2020.09.18 / 12:25
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla