Yuxarı

Müğənni döyüldü, polis isə ona cinayət işi açdı? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:20

Müğənni Elnar Xəlilovun ötən ilin oktyabrında xaricə səfər üçün getdiyi Bakı Beynəlxalq Hava Limanında üzləşdiyi insidentlə bağlı Speys TV-də açıqlama verməsi və məsələni ictimailəşdirməsi kifayət qədər rezonans yaradıb.

Axar.az xəbər verir ki, bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov rəsmi açıqlamasında əslində Elnar Xəlilovun efirdə faktları təhrif etdiyini bildirib. N.Cavadov qeyd edib ki, ötən il oktyabrın 22-də gecə saat 2.30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranan mübahisə nəticəsində əlbəyaxa dava ediblər:

"Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov (E.Xəlilovun xalası oğlu – red.) Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər. Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb”.

E.Xəlilova və M.Ələkbərov haqda başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

İş artıq yekunlaşıb və cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokurorluğuna göndərilib.

Bəs, Elnar Xəlilovun söylədikləri nədir?

Elnar Xəlilov hadisəni sözügedən kanalda, eyni zamanda Yutub səhifəsində tamamilə fərqli nəql edir. Maraqlı məqam isə onun həm video-görüntü təqdim etməsi, həm də cinayət işinə aid sənədləri, o cümlədən məhkəmə-tibb ekspertizasının rəyini səsləndirməsidir. Videoda hadisənin görüntülərinə əsasən danışan E.Xəlilov qarşı tərəfin ona xəsarət yetirdiyini bildirir.

Eyni zamanda ekspertizanın rəyini oxuyur və A.Qurbanovun yumruq vurarkən sağ əlinin üçüncü daraq sümüyünün qırıldığının qeyd edildiyini deyir.

Beləliklə, E.Xəlilov əslində A.Qurbanov tərəfindən döyüldüyünü məhkəmə-tibb ekspertizasının da təsdiqlədiyini vurğulayır.

Həmçinin ona qarşı ifadə verən polislərin söyüş söyənlərin E.Xəlilov və xalası oğlu M.Ələkbərov olduğunu bildirmələrinə də etiraz edir. Qeyd edir ki, videolarda da polislərin qarşı tərəfi – Anar Qurbanovu kəmərindən tutaraq apardığı görünür: “Məni isə şahid kimi polisə dəvət etdilər. Sonra nə baş verdisə, bizə qarşı çevrildilər”.

E.Xəlilovun toplanan sənədlər və hadisənin görüntüsündən ibarət videoaçıqlamasını təqdim edirik:

Tarix
2020.09.19 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla