Yuxarı

Hansı qadınlar 57 yaşda pensiyaya çıxa bilər? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı qadınlar 57 yaşda pensiyaya çıxa bilər? – Rəsmi

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan qadınların pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçirilir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, 62 yaşı tamam olan qadın fərdi uçot sistemində qeydiyyatdadırsa, onun 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək 1 ay olsa belə, stajı varsa, ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçiriləcək:

"Bu hal olmadıqda isə vətəndaş əgər 2006-cı ilə qədər 25 il stajının olduğunu bilirsə, pensiya təyinatı üçün DSMF və ya DOST Mərkəzlərinə müraciət edə bilər. Əgər şəxsin 25 il stajı varsa, o, pensiyaya çıxmaq imkanından yararlanacaq".

A.Məcidov əlavə edib ki, əgər qadının 5 uşağı varsa, o, pensiya hüququnu 5 il tez əldə edə bilər:

“Əgər bu gün qadınlar üçün pensiyaya görə yaş həddi 62 yaşdırsa, 5 övladı olduqda onun üçün yaş həddi 57-ə enir. 6 övladı olduqda isə qadın pensiya hüququnu 6 il, 7 övladı olduqda 7 il tez əldə edir”.

A.Məcidov qeyd edib ki, 62 yaşına çatan qadın ötən müddətdə heç bir zaman işləməyibsə, ona əmək pensiyası təyinatı həyata keçirilməyəcək. Amma belə qadınlar yaşı 62-ə çatdığı zaman sosial müavinətlə təmin oluna bilərlər.

Tarix
2020.09.21 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla