Yuxarı

“Humay” mükafatının qalibləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Humay” mükafatının qalibləri açıqlandı

"Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan "Humay" milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, teatr nominasiyasında "Kafkadan salam" və "Fəna" tamaşalarında yaratdığı obrazlara görə Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağıyev, kino nominasiyasında "Nabat" tammetrajlı bədii filminə görə rejissor Elçin Musaoğlu qalib olublar.

Ədəbiyyat nominasiyasında "Paradoks" adlı əsərinə görə İlham Bədəlbəyli, musiqi nominasiyasında opera-simfonik ifaçılığı və pedaqoji fəaliyyətinə görə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və "Qaya" adlı ömür" kitabına görə Rauf Babayev və Nazim Məmmədov "Humay" mükafatına layiq görülüblər.

Qeyd edək ki, bu mükafat "Humay" Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Tarix
2015.04.26 / 09:30
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Baş nazirdən qadınların hərbi xidmət müddəti ilə bağlı qərar

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney azərbaycanlılar yeni partiya yaratdı

20 min manatlıq limit ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla