Yuxarı

Fond sədri əlavə pensiyalardan danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond sədri əlavə pensiyalardan danışdı - Foto

Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə konfransında könüllü sosial sığortanın tətbiqi məsələləri müzakirə olunub.

Fonddan Axar.az-a verilən məlumata görə, bu gün "Fairmont Baku" otelində Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə layihəsinin konfransı keçirilib. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin çərçivə planının müzakirə olunduğu tədbirdə bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Konfransda açılış nitqi söyləyən fond sədri Elman Mehdiyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nda müəyyən olunub. Konsepsiyanın mühüm əhəmiyyətindən bəhs edən E.Mehdiyev bildirib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktual təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması ilə yanaşı, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi də islahatların əsas vəzifələri kimi çıxış edir.

Salamlama çıxışları ilə davam edən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel hər iki ölkənin müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayaraq ölkəmizdə pensiya təminatı sahəsində islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib. BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün vacib önəm daşıdığını bildirib.

Layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində fəaliyyət göstərən birgə layihənin uğurla davam etdirildiyini qeyd ediblər.

Sonra tədbirin davamında təqdimatlar nümayiş etdirilib. Öncə layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks çıxış edərək layihənin icra vəziyyəti, ötən dövrdə görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2015.04.29 / 15:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla