Yuxarı

Nazirlik kollegiya iclası keçirdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik kollegiya iclası keçirdi – Foto

Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi" mövzusunda kollegiya iclası keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclasda Nazirliyin kollegiya üzvləri, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açıb. Çıxışı zamanı icra başçısı Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün son illər yeni-yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hazırda bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz açıb.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu regionda turizmin inkişafından söz açıb. Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir. Nazir həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açıb və I Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini bildirib. Hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olmasının və bu prosesin davam etdiyini vurğulayıb.

Tarix
2015.04.29 / 17:18
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla