Yuxarı

12 yaşlı məktəbli qəpiklərlə yığdığı pulu Orduya göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 yaşlı məktəbli qəpiklərlə yığdığı pulu Orduya göndərdi

Bakıda 12 yaşlı məktəbli qürurverici hərəkəti ilə digərlərinə örnək olub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, Xocalıdan olan məcburi köçkün Tofiq Hüseynov Azərbaycan əsgərinə dəstək aksiyasına qoşulub. T.Hüseynov bir müddət əvvəl özünə fotoaparat almaq üçün 50 qəpiklər yığırmış. Bir neçə gün öncə o, ASAN Xidmətin Azərbaycan əsgərinə dəstək aksiyası keçirdiyini eşidib və yığdığı qəpiklər dolu qabı götürərək 5 saylı ASAN xidmət mərkəzinə yollanıb. O, pulqabını xidmət əməkdaşlarına təqdim edərək “Bunun içərisindəki pulları əsgərlərimizə əlcək və corab almaq üçün göndərin, qoy onların əlləri üşüməsin və torpaqlarımızı tez azad etsinlər” deyib.

Xidmət əməkdaşları uşağın iştirakı ilə pulqapını açaraq sayıb. Qabda 103 manat 50 qəpik olub. Xidmət əməkdaşları uşağa təkid ediblər ki, həmin pulu özünə xərcləsin. Amma Tofiq Hüseynov inadla bu pulun əsgərlərə göndərilməsini istəyib.

Beləliklə, T.Hüseynovun topladığı 103 manat əsgərlər üçün qəbul edilib.

Xatırladaq ki, T.Hüseynov Azərbaycanın şəhid Milli Qəhrəmanı, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynovun oğul nəvəsidir.

Tarix
2020.10.16 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla