Yuxarı

Bu, Ermənistan rəhbərliyi üçün çox ağır olacaq - Baş prokuror

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusu cəbhədə məğlubiyyətə uğradıqca çarəsizlikdən dinc əhaliyə qarşı hücumlarını daha da şiddətləndirir, intensivliyi artırır. Bu da onların acizliyindən xəbər verir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin ağıllarını itirdiklərini vurğulayan Baş prokuror deyib: “Gəncənin yenidən raketlərlə atəşə tutulması bəşəriyyət əleyhinə, insanlıq əleyhinə çox ağır cinayətdir. Bu cinayətin həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq. Bu, artıq Ermənistan rəhbərliyi üçün aqoniyadır. Çünki onlar sonlarının başlanğıcını hiss etdikcə bu kimi addımlara əl atırlar”.

Kamran Əliyev qeyd edib ki, bu ağılsız addım Azərbaycanın dinc əhalisi arasında təşviş yaratmağa yönəlib. “Bu da alınan deyil. Mən oktyabrın 11-də yaşanan hadisə zamanı da Gəncəyə gəlmişdim. İndi də görürəm ki, Gəncə əhalisi çox qoçaq, mərddir, onları bununla qorxutmaq mümkün deyil. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Hesab edirəm ki, bu da növbəti mərhələdir. Xalqımız bunu da ləyaqətlə yaşayacaq, keçəcək. Ümid edirəm ki, indi olduğu kimi, Qarabağda, döyüş bölgəsində qələbə axıradək bizimlə olacaq", - deyə Baş prokuror bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Tarix
2020.10.17 / 10:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla