Yuxarı

Küveyt qəzeti erməni terrorundan yazır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Küveyt qəzeti erməni terrorundan yazır

“Kuwait Tayms” qəzetində Ermənistanın Gəncə şəhərinə raket hücumu həyata keçirməsi ilə bağlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə gecə saatlarında həyata keçirilən raket zərbəsindən sonra Ermənistandan döyüş meydanında intiqam alacağını bildirdiyi qeyd edilir. Azərbaycan Prezidentinin Gəncəyə raket hücumunu müharibə cinayəti adlandırdığı vurğulanır.

Məqalədə Gəncə şəhərinin bir yaşayış məntəqəsinə qarşı həyata keçirilən raket hücumu nəticəsində 10-dan çox mülki vətəndaşın həlak olduğu və onlarla insanın yaralandığı diqqətə çatdırılır.

Müəllif Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz rəsmi “Twitter” səhifəsində Ermənistan tərəfindən atılan bu raket hücumu ilə bağlı yazdığı fikirlərə istinadən Gəncədə 20-dən çox evin dağıldığını qeyd edir. Türkiyənin Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun fikirlərinə istinad edən müəllif yazır: “Ermənistan müharibə cinayətləri törətməkdə və mülki əhalini qırmaqda davam edir. Bu vəhşilik qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir”.

Müəllif sonda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verərək bildirir ki, onilliklərdir davam edən münaqişə bu il sentyabrın 27-dən başlayaraq daha da gərginləşib.

Tarix
2020.10.19 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla