Yuxarı

Alman professor Bakıda vebinar keçirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman professor Bakıda vebinar keçirəcək

Noyabrın 26-sı saat 15:00-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Almaniyada Türkologiya” mövzusunda alman professor Maykl Reynhard Hess tərəfindən vebinar keçiriləcək.

Axar.az xəbər verir ki, tədbir Azərbaycan dilində baş tutacaq.

Qeyd edək ki, Maykl Reynhard Hess 1967-ci ildə Offenbax am Main şəhərində anadan olub. O, Frankfurtdakı Yohann Volfqanq Göte adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Daha sonra Berlin Azad Universitetində (Freie Universität) “İmadəddin Nəsimi irsi” fundamental araşdırmasını aparıb. Araşdırmalarını 2005-ci ildə bitirərək doktorluq dərəcəsini alıb.

Maykl Reynhard Hess 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı mövcuddur. Bunlardan ən əsası Nəsimi irsi haqda olan "İlah-insanın dili. İmaməddin Nəsiminin Türk Divanının araşdırması" ("Die Sprache des Menschengottes. Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca. 1400) türkischem Divan") adlı əsərdir. Bu əsərdə elmi analizin başlıca mövzusu Nəsiminin türkcə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada dil olaraq türk dili xüsusi qeyd edilir.

Maykl Reynhard Hessin digər bir kitabı "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konflikti" ("Panzer im Paradies: Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan") adlanır. Həmin kitab 2016-cı ildə Aprel müharibəsindən sonra qələmə alınıb.

Hazırda Maykl Reynhard Hess Freie Universität Berlin və Giezen şəhər Universitetində (Justus-Liebig Universität) türkologiya kafedrasında çalışır. O, Azərbaycan, osmanlı, özbək, başqırd və tatar dillərini bilir.

Görüşlə bağlı linkə buradan keçid edə bilərsiniz.

Tarix
2020.11.20 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla