Yuxarı

Yas mərasimi ilə bağlı yenidən məhdudiyyət tətbiq edilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yas mərasimi ilə bağlı yenidən məhdudiyyət tətbiq edilir?

COVİD-19-a yoluxma halları daha çox yas mərasiminlərində olur, ona görə də yas mərasimlərinin keçirilməsi ilə bağlı yenidən məhdudiyyətlər qoyulmalı və buna ciddi şəkildə nəzarət edilməlidir.

Axar.az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.

Onun sözlərinə görə, pandemiya yeni başlanan dövrlərdə yas mərasimlərinin keçirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edildi, dəfn mərasimlərinin isə az sayda insanın iştirakı ilə keçirilməsinə icazə verildi:

"İnsanlar bir müddət buna əməl etdilər. Amma görünür ki, müharibənin başlaması insanlara bu qaydaları unutdurdu. Şəhidlərmizin dəfni çoxsaylı insanların iştirakı ilə keçirilir. Lakin bu gün təkcə şəhidlərimiz deyil, dünyasını dəyişən digər insanların dəfni və yas mərasimləri geniş kütlənin iştirakı ilə keçirilir. Ölən şəxsin yaxınları dəfndən sonra hətta "üç", 4 dəfə "cümə axşamı", "qırx" keçirir. Hər bir kəsin dünyasını dəyişən yaxınına hörmətini bu formada ifadə etməsi başadüşüləndir. Lakin nəzərə alaq ki, indi pandemiya dövrüdür və belə mərasimlərin də keçirilməsi yolverilməzdir. Çünki bütün bu mərasimlər insanların bir-biri ilə təmasını artırır və nəticədə yoluxma hallarının çoxalmasına səbəb olur".

Y.Abdiyeva qeyd edib ki, hazırkı dövrdə yoluxma sayının azaldılması üçün ən əsas yollardan biri kütləvi tədbirlərdən çəkinməkdir. İnsanlar buna, eləcə də yoluxmanın azaldılmasına kömək edən digər qoruyucu tədbirlərə əməl edərlərsə, COVİD-19-a yoluxma sayı xeyli azala bilər. Əks halda isə qarşıdan gələn qış aylarında koronavirusla bağlı daha acı vəziyyətlə üzləşə bilərik.

Tarix
2020.11.22 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla