Yuxarı

Ağdam avtovağzal kompleksi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam avtovağzal kompleksi – Foto

Ağdamın Quzanlı qəsəbəsində inşa edilən avtovağzal kompleksinin açılışı olub.

Axar.az xəbər verir ki, müasir tələblər səviyyəsində inşa olunan ikimərtəbəli avtovağzal binası gözləmə zalı, inzibati otaqlar, tibb, ana-uşaq, ibadət və istirahət otaqları, kassa, dispetçer, bufetdən ibarətdir. Ümumi sahəsi 448 kvadratmetr olan avtovağzal binası internet və müşahidə sistemi ilə təmin olunub.

Avtovağzal ərazisində həmçinin sərnişinlər və sürücülər üçün məişət, ticarət, iaşə xidməti göstərəcək obyektlər, avtobusların təmiri sexi də fəaliyyət göstərəcək.

Bu il Quzanlı qəsəbəsində mini futbol meydançası istifadəyə verilib, Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb. Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik litsey binalarının, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.

Tarix
2015.05.10 / 22:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla