Yuxarı

Kəlbəcərin azad olunması Ukrayna mediasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərin azad olunması Ukrayna mediasında

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunmasına və Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciətinə dair xəbərləri geniş işıqlandırıb.

Axar.az xəbər verir ki, Ukrinform, UNİAN, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialog” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Kəlbəcər rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bundan başqa məqalələrdə Prezident İlham Əliyevin Kəlbəcər rayonunun işğalçılardan azad olunması ilə bağlı xalqa müraciətində Ermənistanın ünvanına səsləndirdiyi sərt fikirlər də işıqlandırılıb.

Tarix
2020.11.26 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla