Yuxarı

“Memur-Sen” Qarabağ konfransı keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, qardaş Türkiyənin nüfuzlu həmkarlar təşkilatlarından olan “Memur-Sen”in Mərkəzi Qadın Komitəsinin təşkil etdiyi “Əsarətdən azadlığa QARABAĞ” mövzusunda onlayn-konfransda məruzə ilə çıxış edib.

Axar.az xəbər verir ki, “Memur-Sen” Konfederasiyası Mərkəzində gerçəkləşdirilən proqrama “Memur-Sen” başqanı Əli Yalçın, “Memur-Sen” Qadınlar Komitəsi başqanı Sıdıka Aydın və “Memur-Sen”in birləşmiş qadın təşkilatları qatılıb.

“Memur-Sen” Mərkəzi Qadınlar Komitəsi başqanı Sıdıka xanım Aydının aparıcısı olduğu konfrasda Əli Yalçın salamlama nitqi söyləyərək, Azərbaycan Ordusunun illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi vəsiləsiylə belə bir toplantı keçirməyi məqsədəuyğun bildiklərini söylədi:

“Can Azərbaycanı hərbi uğuruna görə bir daha təbrik etmək istəyirik. “Memur-Sen” olaraq, bu mübarək mücadilənin sevincini bölüşdüyümüzü ifadə edirik. Sevincliyik ki, dost, qardaş, can Azərbaycanımız işğal altında olan torpaqlarını azad etdi və bu torpaqlardakı ruhu yenidən canlandırdı. Tarixə düşən bu mücadilələri münasibəti ilə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hər kəsi təbrik edirik!”

Xanım Sıdıka Aydın da ürək sözlərini bölüşüb:

“Qarabağ içimizdə qalan bir közdü. Bu gerçək türkülərimizə qədər işləyib. 30 ildir azadlıqdan, demokratiyadan yana olduqlarını iddia edən dünya dövlətlərinin dəstəyi ilə Ermənistan tərəfindən işğal edilən Qarabağ könlümüzdə atəş, zehnimizdə soyqırım izləri buraxıb. Uluslararası sistemdə söz sahibi olanlar işğalın üstünü pərdələmək üçün əllərindən gələni etdi. Amma tarix və həqiqət siyasətin üstündədir. “Memur-Sen” olaraq hər zaman ədalətin, insanlığın səfində yer alaraq, inancımızla bu mücadiləni mənəvi cəhətdən dəstəklədik, bunu qədim qardaşlığımızın gərəyi olaraq gördük. Qadınlar Komitəmiz 81 rayon təşkilatında yüzlərcə dəfə “Quran” xətm edərək, Azərbaycan şəhidlərinə bağışladı”.

Toplantıya onlayn qatılan millət vəkili Qənirə Paşayeva “Memur-Sen”ə və Qadınlar Komitəsinə bu konfrans və konfransa dəvətə görə təşəkkürlərini bildirib:

“Bu müharibə Azərbaycan üçün müqəddəs müharibəydi, çünki torpaqlarımızı işğaldan qurtarırdıq. Necə ki Çanaqqalada dədələrimiz, nənələrimiz “söhbətin mövzusu Vətənsə, gerisi təfərrüat” demişdi, eyni düşüncələr ilə biz də Azərbaycan Böyük Vətən müharibəsinə başladıq və torpaqlarımızı işğaldan qurtardıq.

Biz azərbaycanlılar qardaş Türkiyənin öz hökuməti ilə, siyasi partiyaları ilə, vətəndaş cəmiyyəti institutları ilə, “Memur-Sen” kimi quruluşları ilə Azərbaycanı yalnız buraxmadığını bilirik”.

Ermənistanın havadarlarına arxalanaraq, öz işğalını hüquqən qəbul etdirmək istəyində olduğunu qeyd edən Qənirə Paşayeva belə güclərin bütün dərdlərinin Azərbaycanı zəif düşürmək olduğunu söyləyib. Qənirə Paşayeva Fransa Senatının Azərbaycanın ərazi bütünlüyü əleyhinə qətnaməsini kəskin tənqid edərək, Fransa kimi dövlətlərin Türkiyə ilə Azərbaycanın birliyinin güçlənməsindən rahatsız olduğunu deyib.

Komitə sədri virtual görüşdə Azərbaycanın tarixi zəfərinin bölgədə yaratdığı yeni situasiyadan, Azərbaycan-Türkiyə qardaşlığının Qafqazlara vəd etdiyi dayanıqlı əmin-amanlıqdan ətraflı danışıb.

Qeyd edək ki “Memur-Sen”in onminlərlə üzvü var və bu qurumun daxilində qadın təşkilatı özünün fəallığı ilə seçilir.

Tarix
2020.11.26 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla