Yuxarı

Şəhid xəbəri gələn əsgər sağ qayıtdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid xəbəri gələn əsgər sağ qayıtdı - Video

Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri də Rəşad Mirzəyevdir. Əvvəl erməni təxribatı nəticəsində Rəşadın şəhid olması haqqında ailəsinə SMS göndərilib. Ancaq əmisi bu yanlış məlumatın Rəşadın valideynlərinə çatmasına mane olub.

"Mən anamın, atamın lal-kar olmağına ən çox onda sevindim. Mənim nə ölüm xəbərimi, nə də yaralanmağımı bildilər", - deyir Rəşad. Elə həmin ərəfədə qardaşı Rəşidi əsgər aparırlar. Amma bundan Rəşadın xəbəri olmur.

Olduğu yerə 120 millimetrlik minaatan mərmisi düşür. Qəlpəsi ayağına dəyir, yıxılanda isə sinirləri zədələnir. Həmin ankı hisslərini ifadə edəndə üzü gülür, deyir, bir yandan sevinib, çünki yanında şəhid olan əsgər yoldaşları olub və onların üzündə nur görüb: "Bu dünyadan heç ağlayaraq köçən əsgər görmədim mən".

Nişanlıdır Rəşad. Deyir, o qızın boyu balacadır:

"Amma mən gələndən sonra yanımda elə qürurla gəzir ki, elə bilirəm boyu məndən ucadır".

Axar.az videoreportajı təqdim edir:

Tarix
2020.12.04 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla