Yuxarı

İnsanlar peyvənddən buna görə qorxur - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanlar peyvənddən buna görə qorxur - Psixoloq

Dünyada koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb. Vaksinasiyanın könüllü və ödənişsiz həyata keçirilməsinə baxmayaraq, istər ölkəmizdə, istərsə də dünyada insanlar vaksinasiyaya birmənalı yanaşmır. Maraqlıdır, bu gün insanları vaksinasiyadan çəkindirən səbəb nədir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, vaksinasiya mərhələsindən öncə mütləq şəkildə insanlar maarifləndirilməlidir:

“Təəccüblü haldır ki, insanların əksəriyyəti koronavirusdan çox ondan qorunmaq üçün kəşf edilən vaksinasiya prosesindən qorxur. Dünyanın müxtəlif yerlərində sosial sorğular, anketlər keçirilir. Məqsəd insanların vaksinasiya prosesinə nə dərəcədə maraqlı olmalarını ölçməkdir. Bütün göstəricilər onu göstərir ki, əksər insanlar vaksinasiyadan qorxur”.

Psixoloq bildirib ki, insanların bir çoxu əsassız yalan məlumatlara inanır, etibar edir:

“Misal üçün bir respondetin verdiyi cavab belədir ki, ABŞ-da vaksin vurulan 4 nəfər həyatını itirib. Digər bir geniş yayılmış düşüncə isə vaksilərin insan genetikası ilə oynamaq və ya dəyişmək üçün edilən ekspriment olmasıdır.

Real mənzərə onu göstərir ki, insanların vaksinləşmə ilə bağlı məlumatları azdır. Vaksinasiya prosesindən öncə ciddi bir maarifləndirməyə ehtiyac var. Bilirsiniz, bu maarifləndirmə sırf tibb işçiləri tərəfindən olunmalıdır. Xüsusilə də bu prosesdə təcrübəli mütəxəssis infeksionistlərin iştirakı önəmlidir”.

G.Orucova insanlar hazırkı mərhələdə peyvənddən qorxduğunu deyib:

“Bunu açıq etiraf etmək lazımdır. Bu da təbii bir şeydir. Psixoloji olaraq hər insanın şüuraltında qorxu yatır. Ölüm qorxusu da bu qorxulardan biridir. Lakin hər insanda qorxu bir cür təzahür edir. Hazırda koronavirusdan dünyasını dəyişənlərin sayı çox olduğu üçün insanlarda ölüm qorxusu şüuraltına hopub. Əksəriyyət düşünür ki, vaksin vurulandan sonra ölüm baş verə bilər. Bu yanlış düşüncədir. Bu mənada deyirəm ki, həkimlərin bu işdə üzərinə böyük iş düşür. Həkimlər sadə dildə peyvəndin mahiyyətini başa salmalıdır ki, bu peyvənd xəstəliyin ilkin toxumlarını bədənə yerləşdirir və bədənin yoluxma riskində virusu tanıması və müdafiə vasitələri yaratmasını təmin edir”.

Tarix
2020.12.29 / 08:45
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla