Yuxarı

Ekstrasens deputatla söhbətdə özünü yandırdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekstrasens deputatla söhbətdə özünü yandırdı - Video

Azərbaycanlı millət vəkilinin məşhur verilişdə şəxsi həyatı ilə bağlı bəzi məqamlar açıqlanıb.

Ans press-in məlumatına görə, "Məchulu tapın" verilişinin qonağı olan azərbaycanlı millət vəkili Aqil Abbas formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.

Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Ekspertlərdən biri olan ekstrasens Almaz Yolçuyeva məchul qonağın xəstəlikdən, xüsusən də təzyiqdən əziyyət çəkdiyini, müalicə aldığını bildirib. Millət vəkili isə bunu təkzib edib.

Bundan başqa onun məchul qonaq haqqında danışarkən onun xalq artisti – gülüş ustası olmasını, tək-tənha böyüdüyünü deməsi millət vəkilinin gülüşünə səbəb olub. Belə ki, A.Abbas çoxuşaqlı ailədə böyüyüb: səkkiz bacı-qardaş olduğunu dilə gətirib.

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, numeroloq, ekstrasens və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.

Tarix
2015.05.21 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla