Yuxarı

Aqil Abbas Nəcməddin Sadıqovun yerini dedi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:49

Fikrimcə, Nəcməddin Sadıqov hazırda villalarının birində ev dustağıdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas Yeniçağ.az-a açıqlamasında Baş Qərargahın sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqov haqda danışarkən deyib.

“Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırılıb. Görünür, özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz.

Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı. Yəqin evində, villalarının birində ev dustağı olar”.

Millət vəkili deyib ki, bu məsələnin rəsmən elan edilməməsi xüsusi xidmət orqanlarının işidir:

“Hər dövlət orqanının öz işi var, onu da yəqin ki, bir gün açıqlayar”.

Tarix
2021.01.08 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla