Yuxarı

ANS Mətanəti bir daha və kökdən vurdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS Mətanəti bir daha və kökdən vurdu - Video

ATV-nin efirində yayımlanan "Gündəlik" verilişində aparıcı Mətanət Əliverdiyevanın mayın 19-da Binəqədi ərazisində 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı "Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" ifadəsini işlətməsi ANS şirkətini ciddi narahat edib.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə tənqidlərlə yanaşı, ANS televiziyası da bu gün efirə gedən xəbər buraxılışlarında bir-birinin ardınca Mətanət Əliverdiyevanın bu sözlərindən istifadə edərək, onun sərt şəkildə vurulması kampaniyasına rəhbərlik edib. Hətta ana xəbər buraxılışında – 21:00-da efirə gedən bülletenində də bu məqama məxsusi süjet ayıran ANS nəinki Mətanət Əliverdiyavanı, ATV şirkətini də aparıcını müdafiə etməklə deyilən sözlərin məsuliyyətini öz üzərinə götürmək ittihamı ilə suçlayıb.

ANS ana xəbər buraxılışında bu süjetin ardınca şəhər sakinləri arasında keçirdiyi sorğunu da efirə verib və təbii olaraq rəyi soruşulan vətəndaşlar da Mətanət Əliverdiyavanın əleyhinə danışıb.

ANS-in xüsusilə Mətanət Əliverdiyevanın "Gündəlik" verilişinin bugünkü buraxılışında üzr istəməsindən sonra belə kampaniyaya ara verməməsinin və gün boyu bu mövzuda bir neçə süjetin ardınca ana xəbər buraxılışının iki əsas süjetini də təkrarən ATV aparıcısının əleyhinə yayımlamasının özəl səbəbi olmalıdır.

Qəribəsi odur ki, ANS ana xəbər bülletenindən sonra "İç xəbər"də də bu mövzuya yer ayırıb, şəhər küçəsindən hazırladığı "sorğu-süjeti" bir daha efirə verməkdədir. Şirkətə daxil olan "ANS press" saytının isə bir çox yazısı, o cümlədən manşetlərindən 2-si Mətanət Əliverdiyevanın sərt tənqidinə həsr olunub.

Xatırladaq ki, Mətanət Əliverdiyeva uzun müddət ANS şirkətlər qrupuna aid radioda çalışıb.

Tarix
2015.05.21 / 21:53
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla