Yuxarı

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

“Azərkosmos” və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Azərkosmos”dan Axar.az-a bildirilib ki, müqaviləyə əsasən “SatADSL” şirkəti özünün bulud əsaslı platformasından “Azerpsace-1” peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini “Azerspace-1” peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.

Qeyd edək ki, “SatADSL” şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.

“SatADSL” ilə əməkdaşlığımız “Azərkosmos”un müştərilərinə və tərəfdaşlarına peşəkarlıqla təqdim etdiyi keyfiyyətli xidmətin göstəricisidir. Şirkət ilə işləməkdən məmnunuq və bu əməkdaşlıq çərçivəsində növbəti illər ərzində qarşılıqlı fayda gətirəcək yeni layihələrimizin olacağına inanırıq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Azərkosmos” ilə qurduğumuz bu strateji tərəfdaşlıq bizə Şərqi Avropa regionunda və Rusiyada rabitə xidmətləri üzrə geniş imkanlar yaradacaq. Bu tərəfdaşlıq sayəsində rabitənin problemli olduğu bölgələrdə yüksək keyfiyyətli və etibarlı peyk xidmətləri təqdim edəcəyik”, – deyə “SatADSL” şirkətinin direktoru Tierri Eltges bildirib.

Tarix
2021.01.12 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla