Yuxarı

AP-də Qarabağla bağlı hesabat – Səsvermə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Parlamentinin plenar iclasında Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə illik hesabat müzakirə olunur. Hesabatı Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi hazırlayıb və komitənin sədri Mac Allister müzakirəyə təqdim edib. Hesabat Avropa Komissiyasının 2021-ci ldə xarici siyasət və təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirir və Avropa hökumətinə tövsiyə xarakteri daşıyır.

Axar.az xəbər verir ki, bu hesabatda Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı ayrıca fəsil yer alır və bu fəsildə Şərq Tərəfadaşlığı ölkələrində mövcud problemlərin həlli ilə bağlı Aİ-nın mövqeyinə dair müddəalar var.

Hesabat layihəsinin 23-cü bəndində ŞT-a daxil olan ölkələrin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Aİ tərəfindən dəstək verilməsinin vacibliyi qeyd olunub.

24-cü bənddə 9 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat əsasında atəşkəsə nail olunması alqışlanır. AP münaqişə zonasında status-kvonun sülh yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə dəyişdirilməsindən təəssüf etdiyini bildirir, sülh prosesini ATƏT-in Minsk Qrupu formatında davam etdirməyə çağırır.

AP hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün zəruri şərait yaradılmasını, müharibə cinayətləri barədə səsləndirilən iddiaların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.

AP Aİ hökumətini münaqişənin həllində daha fəal mövqe nümayiş etdirməyə və regionun taleyini başqa güclərin ixtiyarına buraxmamağa çağırır.

Hesabat layihəsi hazırda müzakirə olunur və yaxın saatlarda səsverməyə çıxarılacaq.

Tarix
2021.01.19 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla